Menu

Metsamor AES region üçün ciddi təhlükədir

25.03.2014, 12:51
Metsamor AES region üçün ciddi təhlükədir

Prezident İlham Əliyev Haaqada Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Yukiya Amano ilə görüşmüşdür.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Atom Enerjisi Agentliyi arasında səmərəli əməkdaşlığın qurulduğu, Azərbaycanın nüvə təhlükəsizliyi sahəsində etibarlı tərəfdaş olduğu bildirildi.

Yukiya Amano əməkdaşlığın daha da inkişaf etdirilməsi və radioaktiv tullantıların təmizlənməsi sahəsində əlaqələrin genişləndirilməsi üçün yaxşı potensialın olduğunu dedi. O, bildirdi ki, Azərbaycanın nüvə təhlükəsizliyi ilə bağlı keçirilən tədbirlərdə və zirvə görüşlərində fəal iştirak etməsi məmnunluq doğurur.

Prezident İlham Əliyev nüvə təhlükəsizliyinin Azərbaycan, region və dünya üçün əhəmiyyətinə toxundu. Dövlətimizin başçısı Ermənistanda seysmik zonada yerləşən və artıq köhnələrək müasir standartlara cavab verməyən Metsamor Atom Elektrik Stansiyasının fəaliyyətinin bütün region üçün ciddi təhlükə doğurduğunu diqqətə çatdırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol