Menu

Suriya Türkiyə ilə sərhəd bölgəni toplardan atəşə tutub

25.03.2014, 16:11
Suriya Türkiyə ilə sərhəd bölgəni toplardan atəşə tutub

Keseb qəsəbəsində 5 gündür ki, davam edən atışma səhər saatlarında pik həddinə çatıb

Dünya Suriya Türkiyə ilə sərhəd əraziləri toplarla atəşə tutub.

ANS PRESS-in məlumatına görə, Türkiyənin Hatay bölgəsinin Yayladağı kəndi ilə sərhəddə yerləşən Keseb qəsəbəsində 5 gündür ki, davam edən silahlı atışmalar səhər saatlarında pik həddinə çatıb.

Belə ki, Əsəd qüvvələri tərəfindən ərazi topdan atəşə tutulduqdan sonra bombardman edilib. Suriya hərbi təyyarələri günorta saatlarında havada 4 dəfə dövrə vuraraq ərazini atəşə tutublar.

Yayladağıdakı sərhəd zastavasında çalışan məmurların da təhlükəsizliyinin qorunması məqsədi ilə başqa ərazilərə göndərildiyi məlum olub. Əsəd qüvəllərinin kimyəvi silahdan istifadə etməsini əsas gətirən həkimlər xəsatəxanalara yerləşdirilən xəstələrdə müəyyən müayinələr aparıblar.

Amma onlarda kimyəvi silahın izlərinə rast gəlinməyib. Xəsarət alanlar xəstəxanalara yerləşdiriliblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol