Menu

Tofiq Hacıyevin həyat yoldaşı vəfat etdi

11.05.2016, 11:40
Tofiq Hacıyevin həyat yoldaşı vəfat etdi

Nəsimi adına Dilçilik İnstitutunun keçmiş direktoru, mərhum akademik Tofiq Hacıyevin həyat yoldaşı Tamara Hacıyeva vəfat edib. 

Mərhumun ailə üzvlərinin verdiyi məlumata görə, Tamara Hacıyeva ürək tutmasından dünyasını dəyişib.

Qeyd edək ki, ötən ilin noyabr ayında Tofiq Hacıyev yaşadığı mənzildə dəm qazından zəhərlənərək dünyasını dəyişib. Hadisə baş verən zaman Tamara Hacıyeva da dəm qazından zəhərlənib və bundan sonra bir müddət koma vəziyyətində olub.  /APA

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol