Menu

SOCAR "Qazprom"a müraciət edib - Qaz alır

11.05.2016, 13:24

socar_gallery_11Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) təbii qazın alınması məqsədi ilə Rusiyanın "Qazprom" şirkətinə müraciət edib və hazırda qarşı tərəfdən cavab gözləyir. "Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında SOCAR-ın prezidenti Rövnəq Abdullayev deyib.

R.Abdullayev alınması nəzərdə tutulan qazın həcmini də açıqlayıb: "Bizə 3-5 mlrd. kubmetr qaz lazımdır. Qazı əsasən quyulara və anbarlara vurmaq üçün alırıq. Bilirsiniz ki, bizim ambarların tutumu 5 mlrd. kubmetrdən çoxdur, lakin hələlik ora maksimum 3,5 mlrd. kubmetr vurmuşuq".

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol