Menu

Sarkisyan İlham Əliyevlə görüş üçün Vyanaya gedir

14.05.2016, 11:01
Sarkisyan İlham Əliyevlə görüş üçün Vyanaya gedir

Ermənistan prezidenti Serj Sarkisyan mayın 16-da Avstriyanın paytaxtı Vyanaya işgüzar səfərə gedəcək

APA-nı “news.am” saytına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan prezident administrasiyasının ictimaiyyət və KİV-lə əlaqələr idarəsinin məlumatında deyilir.

Məlumatda bildirilir ki, Vyanada Minsk Qrupu həmsədrlərinin təşəbbüsü ilə bir sıra işgüzar görüşlərin keçriilməsi nəzərdə tutulub.

Qeyd edək ki, mayın 16-da həmsədr ölkələrin xarici işlər nazirlərinin iştirakı ilə Ermənistan və Azərbaycan prezidentləri arasında Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi iə bağlı növbəti danışıqların aparılması planlaşdırılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol