Menu

Sələmçi qadını döyərək, xeyli pul və qızıl-zinət əşyasını aparıblar

17.05.2016, 11:34
Sələmçi qadını döyərək, xeyli pul və qızıl-zinət əşyasını aparıblar

Ağstafada 69 yaşlı qadın evində döyülüb, mənzilindən xeyli pul və qızı-zinət əşyası aparılıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, rayonun Poylu qəsəbəsində 2 nəfər naməlum şəxs qəsəbə sakini, 1947-ci il təvəllüdlü Səmayə Baxşıyevanın evinə daxil olub. Onlar qadının əl-ayağını bağlayaraq pul tələb ediblər, istədikləri cavabı almadıqları üçün onu döyərək müxtəlif bədən xəsarətləri yetiriblər. Sonra naməlum şəxslər evi axtararaq oradan 13 min 100 ABŞ dolları, 1800 manat və 2 min manatlıq qızıl-zinət əşyalarını götürərək, evi tərk ediblər.

Qeyd edək ki, təqaüdçü olan Səmayə Baxşıyevanın rayonda sələmə pul verdiyi müəyyənləşib.

Faktla bağlı Ağstafa rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol