Bu gün Yunanıstanın Saloniki şəhərində keçirilən Azərbaycan qazını Avropaya nəql edəcək Trans-Adriatik Boru Kəmərinin (TAP) təməlqoyma mərasimi başa çatıb.
"Report" xəbər verir ki, mərasimin sonunda TAP-ın təməlinə qoyulacaq boru imzalanıb.
Borunu Yunanıstanın baş naziri Aleksis Tsipras, Azərbaycan baş nazirinin birinci müavini Yaqub Eyyubov, Gürcüstanın baş naziri Georgi Kvirikaşvili, ABŞ Dövlət Departamentinin beynəlxalq enerji məsələləri üzrə xüsusi nümayəndəsi Amos Hokştayn, Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti Maroş Şefçoviç, Türkiyənin energetika naziri Berat Albayrak, İtaliyanın iqtisadi inkişaf naziri Karlo Kalenda, Albaniya nümayəndəsi, TAP Konsorsiumunun icraçı direktoru Yan Bredşou, konsorsiumda iştirak edən edən şirkətlərin rəhbərləri - SOCAR prezidsenti Rövnəq Abdullayev, BP-nin baş icraçı direktoru Robert Dadli, habelə "Snam S.p.A.", "Fluxys", "Enagas" və "Axpo" şirkətlərinin rəhbərləri imzalayıblar.


Şərhlər