Menu

Bu gün axşam daha bir yolda hərəkət məhdudlaşdırılacaq

23.05.2016, 18:46

stop-nishaniAvtonəqliyyat vasitələrinin normal hərəkətinin tənzimlənməsi məqsədi ilə yol cizgi, yol göstərici xətlərin və piyada keçidlərinin yenidən rənglənməsi işləri davam etdirilir.

“Azəravtoyol” ASC-dən verilən məlumata görə, bu gün axşam saat 22:00-da etibarən səhər saatlarınadək Ziya Bünyadov prospektinin “Böyük Şor” yol qovşağından İslam Abışov küçəsi ilə kəsişməyədək olan hissəsində (Çermet körpüsünədək ) hər iki istiqamət üzrə yol tam bağlanmadan hərəkət hissə-hissə qismən məhdudlaşdırılacaq.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol