Menu

25 yaşlı gənc ürəyindən vuruldu

24.05.2016, 15:27

bicaqİki gənc əvvəll dalaşıb, sonra bıçağa əl atıblar.

Samux rayonunda bıçaqlanma hadisəsi baş verib. Rayonun Polis İdarəsindən ANS PRESS-ə bildirdilər ki, hadisə Sərkar kəndində olub. 1995-ci il təvəllüdlü Maqadin Musayev aralarında yaranan mübahisə zəminində həmkəndlisi Möhsün Əliquliyev tərəfindən ürək nahiyəsindən bıçaqlanıb. Yaralı dərhal Gəncə şəhər Abbas Səhhət adına Xəstəxananın cərrahiyyə şöbəsinə çatdırılıb və əməliyyat edilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

hadisəni törədən Höhsün Əliquliyev hadisədən sonra ərazidən qaçsa da, polis əməkdaşları onu tutaraq istintaqa təhvil veriblər.

Hələlik hadisənin töfərrüatları barədə məlumat verilmir. Lakin gənclər bıçaqlanmadan əvvəl əlbəyaxa olublar.

Faktla bağlı Samux Rayon Polis İdarəsində araşdırma aparılır.

Ölkə ərazisində axşam saatlarında da bıçaqlanma hadisəsi baş verib. Bakının Binəqədi rayonunun Biləcəri qəsəbəsi, Yəhya Hüseynov küçəsi, 2 ünvanında yaşayan 30 yaşlı Aslan Mütəllimov bıçaq xəsarətləri ilə xəstəxanaya gətirilib.

Yaralıya dərhal tibbi yardım göstərilib. Qarın nahiyəsində bıçaq xəsarətləri olan Aslan Mütəllimov əməliyyat olunub. Aslan Mütəllimov polislərə özü-özünü bıçaqladığını bildirsə də, polis əməkdaşları onun bıçaqlandığını ehtimal edirlər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol