Cənubi Koreyanın paytaxtı Seulda metro tikintisində partlayış baş verib. Xarici KİV-in yaydığı məlumata görə, 4 nəfər ölüb və 10 nəfər yaralanıb.
Səlahiyyətli şəxlər partlamada ölən işçilərdən birinin cəsədinin yerin üstündən tapıldığını, digər üç cəsədin isə yerin altından çıxarıldığını qeyd ediblər.
Yaralanan 10 işçidən üçünün vəziyyətinin kritik olduğu bildirilib. Məlumata görə, yerin altında qaynaq işləri edən zaman qaz balonunun partlaması yanğına səbəb olub. /Modern.az


Şərhlər