Menu

Tovuza dolu yağdı, əkin sahələri məhv oldu - Video

04.06.2016, 16:43

doluDolu yağışı 20 dəqiqə davam edib.

Son günlər ölkəmizdə hava tez-tez dəyişir. İyunun yay ayı olmasına baxmayaraq, arabir yağış da yağır, dolu da düşür. Ans press-in məlumatına görə, bu dəfə yağan dolu Tovuzun Əlibəyli kəndində bir sıra fəsadlar törədib.

Belə ki, təbiət hadisəsi zamanı bəzi kənd təsərrüfatı məhsullarına ziyan dəyib. Kənd sakinləri təxminən iyirmi dəqiqə müddətində Əlibəyliyə buz parçalarının yağdığının şahidi olublar. Təbiət hadisəsi əsasən sakinlərin həyətyanı sahələrə əkdiyi kartof, lobya və pomidora ziyan vurub. Yeni əkilən qarğıdalı, xiyar, kələm sahələri də ziyan görüb.

"Göy bir müddət guruldadı, sonra qəfildən güclü dolu yağdı. Əkdiyimiz bütün sahələrə ziyan dəydi. Biz sahəni toxumlamışdıq ki, ondan xeyir görək, amma dolu hamısını məhv etdi", - deyə sakinlərdən biri bildirib.

Güclü dolu yağışı Tovuzun ucqar dağ kəndlərində də müşahidə olunub. Molla Ayrım, Əsrik Cırdaxan, Çatax kəndləri buz parçalarından ziyan görüb. Rayonun adıçəkilən yaşayış məntəqlərində əsasən dəmyə üsulu ilə becərilən kartof sahələri ziyan görüb. Bundan əvvəl də Tovuzun 10-a yaxın dağ kəndində dolu, leysan, güclü külək fəsadlar törətmişdi.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol