Menu

Fərhad Məmmədovdan qeyri-adi təkzib-YENİLƏNİB

02.04.2014, 15:56
Fərhad Məmmədovdan qeyri-adi təkzib-YENİLƏNİB

O, Eynulla Fətullayevi məhkəməyə verə biləcəyinə dair eyham edib

Eynulla Fətullayev: "Deyir ki, sizi məhkəməyə vermək hüququnu özümdə saxlayıram. Məsləhət görürəm ki, özündə saxlamasın..."

Azərbaycan Respublikası Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov mətbuatda onun adından yayımlanan açıqlamanı təkzib edib.

Hafta.az-a daxil olan məlumata görə, F.Məmmədov bildirir ki, haqqın.az saytının 2 aprelə 2014-cü il tarixli buraxılışında ona istinadən «Fərhad Məmmədov: Elnur Aslanov bu vəzifəyi layiq deyil» başlığı altında qərəzli və həqiqətə uyğun olmayan informasiya yayılıb: “ Məlumat üçün bildirirəm ki, nə bu gün nə də əvvəlki dövrlərdə həmin sayt ilə əlaqələrim olmamış və hər hansı bir mövzuda onun əməkdaşlarına müsahibə verməmişəm. Mənimlə «eksklüziv müsahibə» adlı material isə açıq şantaj və böhtan xarakteri daşıyır. Barəmdə yazılan böhtanla əlaqədar olaraq, məhkəmə instansiyalarına müraciət etmək hüququmu özümdə saxlayıram”.

Qeyd edək ki, Fərhad Məmmədovun bu açıqlamasını başa düşmək çətindir. Doğurdan da əgər o, haqqın.az saytına haç bir açıqlama verməyibsə, niyə redaksiya ilə əlaqə saxlayaraq təkzib verilməsini tələb etmir. Axı o, kifayət qədər ciddi bir məsələdə- prezidentin qəörarına etiraz etməkdə ittiham olunur.

Haqqin.az saytının rəhbəri Eynulla Fətullayev isə "Qafqazinfo"ya açıqlamasında deyib ki, Fərhad Məmmədov böyük səhv edir: "Adam bu açıqlamanı verib. Biz də yazmışıq. Bu da təzə çıxıb. Deyir ki, sizi məhkəməyə vermək hüququnu özümdə saxlayıram. Məsləhət görürəm ki, özündə saxlamasın..."

AzPolitika.info

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol