Menu

Məşhur müğənnini öldürən şəxsin kimliyi məlum oldu

12.06.2016, 15:47
Məşhur müğənnini öldürən şəxsin kimliyi məlum oldu

İyunun 10-da amerikalı müğənni Kristina Qrimmini güllələyən şəxsin kimliyi məlum olub.

İstintaqın məlumatına görə, qatil müğənnini öldürmək üçün onun konsertinə gələn 27 yaşlı Kevin Ceyms Loibi adlı şəxsdir.

Musavat.com bildirir ki, K.C.Loibi konsertə Florida ştatının Sent-Pitersberq şəhərindən gəlib.

Əvvəl xəbər verildiyi kimi, müğənni öz fanatlarına avtoqraf paylayan zaman naməlum şəxs ona bir neçə dəfə atəş açıb.

Müğənni dərhal xəstəxanaya aparılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol