Menu

Türkiyədə hərbi avtomobil partladıldı - Yaralılar var

15.06.2016, 12:56

hdppkkTürkiyənin Hakkari vilayətinin Şəmdinli rayonunda partlayış törədilib.

“Report” Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında Şəmdinli-Yüksəkova avtomobil yolunda olub.

Belə ki, zirehli hərbi avtomobilin keçidi əsnasında PKK terrorçularının əvvəlcədən yola yerləşdirdiyi əldəqayırma partlayıcı qurğu işə salınıb.

Nəticədə hərbi avtomobilə ciddi ziyan dəyib, 3 hərbçi yaralanıb. Yaralılar Şəmdinli Dövlət Xəstəxanasıına qaldırılıblar.

Hazırda terrorçuların zərərsizləşdirilməsi üçün ərazidə genişmiqyaslı əməliyyat başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol