Xarici KİV-in yaydığı məlumata görə, NATO Qara dəniz bölgəsində öz iştirakını nəinki saxlayacaq, həm də zaman-zaman artıracaq. Belə bəyanatla, Şimali Atlantika alyansının baş katibi Yens Stoltenberq çıxış edib («İnterfaks.ru»).
«Biz, Qara dəniz bölgəsində müdafiənin gücləndirilməsi və çəkindirici istiqamətli xüsusi hazırlanmış ölçülər götürəcəyik» - deyə, Stoltenberq Brüsseldə keçirilən mətbuat konfransında bəyan edib. Onun sözlərinə görə, alyans artıq Qara dəniz bölgəsində öz iştirakını xeyli artırıb ki, bu da müttəfiqlərin dəstəklənməsi işinin bir hissəsinə çevrilib.
«Biz, hava məkanında patrul xidmətini həyata keçiririk, dənizdə iştirakımızı artırmışıq, daha çox hərbi təlimlər keçiririk. İndi də Qara dəniz bölgəsində səylərimizin artırılmasını davam etdirmək barədə qərar qəbul etmişik» - deyə, Stoltenberq əlavə edib.
AzPolitika.info

Şərhlər