Menu

İrəvanda MTX-nın binasına “tank”la hücum edildi

21.06.2016, 00:47
İrəvanda MTX-nın binasına “tank”la hücum edildi

Ermənistan Milli Təhlükəsizlik Xidməti “Əks-zərbə” incəsənət qrupunun üzvü Artak Gevorkyanın cinayət işi üzrə məhkəməyə izahat verib.Publika.az xəbər verir ki, Artak Gevorkyan Milli Təhlükəsizlik Xidmətinin binasını “karton tank”la vurmaqda ittiham olunur.

Artak Gevorkyana Ermənistan Cinayət Məcəlləsinin 258-ci maddəsi (dələduzluq) ilə ittiham təqdim edilib.

Məlumata görə, Gevorkyan 10 dekabr 2015-ci ildə konstitusiya islahatlarına qarşı etiraz əlaməti olaraq əldəqayrılma karton tankla Ermənistan Milli Təhlükəsizlik Xidmətinin binasının dəmir qapılarını "vurmağa" çalışırdı. O, növbəti gün saxlanılıb.

İncəsənət qrupun üzvünün üzərində məhkəmə mayın 23-də İrəvanda başlanıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol