Menu

Roma Papası bu ifadəni bir daha təkrar etdi - "SOYQIRIM"

24.06.2016, 22:49

papa_francisk_181013Roma Papası əvvəlcədən hazırlanan mətnin xaricinə çıxıb

"AzPolitika" xəbər verir ki, Papa Françesko, Ermənistanı ziyarəti əsnasında etdiyi çıxışda, əvvəlcədən hazırlanan mətnin xaricinə çıxaraq, 1915-ci il hadisələrini "soyqırım" olaraq xarakterizə edib. Üç gün davam edəcək olan ziyarətinə bu gün başlayan Papa Françesko, Ermənistan prezidenti Serj Sarkisyan ilə prezident sarayında bir araya gəldiyi vaxt açıqlama verib. Erməni siyasi və dini nüfuzlarının də iştirakı ilə, 12 aprel 2015-ci ildə, 1915-ci il hadisələrinin 100-cü il dönümü səbəbiylə Vatikanda təşkil etdiyi tədbiri xatırladan Papa, " O vəsiləylə, Metz Yegherni, Böyük Pisliyi, xalqınızı vuran və çox böyük sayda insanın ölümünə səbəb olan hadisənin yüzüncü ilini yad edirik" açıqlaması verib.

Hazırlanan mətndə o söz olmayıb

Papanın səyahətini təqib edən jurnalistlər,  özlərinə əvvəlcədən paylanılan Papanın çıxış mətnində "soyqırım" ifadəsinin iştirak etmədiyini bildiriblər.

Papa üçün hazırlanmış çıxışın mətnində 1915-ci il hadisələri "Böyük Fəlakət" deyə xatırlanırdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol