Menu

Daha bir sayt fəaliyyətini dayandırır

28.06.2016, 10:51
Daha bir sayt fəaliyyətini dayandırır

Sonuncu devalvasiyadan sonra əksər media orqanları da maddi problemlər yaşayır. Bir müddət işçiləri ixtisar etməklə fəaliyyətini davam etdirən bəzi media orqanları artıq fəaliyyətini dayandırır. Əldə etdiyimiz məlumata görə, gün.az saytı da fəaliyyətini dayandıracaq. Saytın iyulun 1-dən bağlanacağı bildirilir.

“Maliyyə çətinlikləri olduğuna görə Gün.az-ın artıq fəaliyyət göstərməsi mümkünsüzdür. İyul aynının 1-dən sayt olaraq fəaliyyətimzi dayandıracağıq”.

Bu barədə Modern.az saytına açıqlaçmasında Gün.az saytınn baş redaktoru Emil Quliyev deyib.

Baş redaktor bildirib ki, redaksiya kollektivinin üzvləri bundan sonra da fəaliyyətini jurnalistikada davam etdircəklər:

“Əlbəttə ki, bundan sonrakı fəaliyyətimizi jurnalistika sahəsində davam etdirəcəyik. Həm özüm peşəkar jurnalistəm, həm də kollektivimizin üzvləri kifayət qədər peşəkar və Azərbaycan mediasında imzası ilə tanınan jurnalistlərdən ibarətdir.

Ona görə də biz istənilən layihə üçün açığıq və gələcəkdə də bu istiqamətdə fəaliyyətimizi davam etdirmək istəyirik”.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol