Menu

Atəşkəs 9 dəfə pozulub

05.07.2016, 09:30

cebhe snayperErməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 9 dəfə pozub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, Ermənistanın Noyemberyan rayonunun Barekamavan, İcevan rayonunun Voskevan, Vozaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Bala Cəfərli, Quşçu Ayrım kəndlərində və adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz kəndləri yaxınlığında yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol