Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan istefaya hazırlaşır. Bu iddialar erməni mətbuatında yer alıb. Erməni mətbuatının yazdığına görə, o, bundan sonra Ermənistanın Fransadakı səfiri vəzifəsini yerinə yetirəcək.
Mənbənin məlumatına görə, Ermənistanın Fransadakı səfiri Viqen Çiteçyanınbu ay 75 yaşı tamam olub və səfir vəzifəsindən getmək üçün bir neçə dəfə ərizə verib. Lakin hər dəfə ona bir az gözləmək məsləhət görülüb. Çünki Çiteçyanın yeri əvvəllər də bu vəzifəni yerinə yetirən Nalbandyan üçün saxlanılıb.
Bildirilir ki, XİN başçısı kimi Nalbandyanın yerinə artıq bir neçə mümkün namizəd də var. Onlar əsasən Serj Sarkisyanın administrasiyasının gənc əməkdaşlarıdır. Ən iddialı namizəd kimi isə prezident aparatının rəhbəri Viqen Sarkisyanın adı çəkilir.
[caption id="" align="alignnone" width="600"] Viqen Sarkisyan - prezident aparatının rəhbəri[/caption]

Şərhlər