Menu

Donbasda ölənlərin sayı 9470 nəfərə çatıb

09.07.2016, 10:39
Donbasda ölənlərin sayı 9470 nəfərə çatıb

Ukraynanın şərqində hərbi əməliyyatlar nəticəsində ölənlərin sayı 9 470 nəfərə çatıb.

APA-nın məlumatına görə, BMT-nin humanitar məsələlərin əlaqələndirilməsi üzrə İdarəsinin hesabatında belə deyilir.

“2014-cü il aprelin ortalarından 2016-cı ilin iyulunadək Ukraynanın şərqində 9 470 nəfər həlak olub, 21880 nəfər yaralanıb. Ölənlərdən təxminən 2 mini dinc sakinlərdir. İyun ayında Donbasda 12 mülki vətəndaş ölüb, 57-si yaralanıb. Bu, 2015-ci ilin avqustundan bəri ən yüksək göstəricidir”, hesabatda deyilir.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol