PKK terror təşkilatının rəhbərlərindən biri, "Bahoz Ərdal" ləqəbli Fəhman Hüseyn Suriyada öldürülüb. "Report"un məlumatına görə, bu barədə Türkiyə mətbuatı xəbər yayıb.
Məlumata görə, terrorçu Himo bölgəsindən Qamışlıya gedərkən hədəfə alınıb.
Onunla birlikdə daha 8 nəfərin öldürüldüyünü xəbər verən Türkiyə mediası öldürülənlər arasında Fəhman Hüseynin cangüdənlərinin və yaxın tərəfdarlarının da olduğunu bildirib.
Qeyd edək ki, Fəhman Hüseyn Türkiyədəki bir sıra terror aktlarında iştirakda şübhəli bilinir.


Şərhlər