Menu

Azərbaycanda xəstəxanada daha bir uşaq öldü

12.07.2016, 12:04
Azərbaycanda xəstəxanada daha bir uşaq öldü

Bərdədə yeni doğulan uşaq ölüb.

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə Bərdə Rayon Mərkəzi Xəstəxanasının doğum şöbəsində qeydə alınıb. Rayon sakini, 1994-cü il təvəllüdlü Aysel Qocayeva dünyaya əkiz uşaq gətirib. Onlardan biri doğuş zamanı ölüb, digərinin vəziyyəti isə ağırdır.

A.Qocayevanın yaxınlarının APA-ya verdiyi məlumata görə, yeni doğulan körpələrdən biri qız, digəri oğlan olub. Ölən körpə oğlandır.

Ailə üzvləri körpənin ölümündə xəstəxananın həkimlərini günahlandırır, bununla bağlı hüquq-mühafizə orqanlarına şikayət edəcəklərini bildiriblər.

Xəstəxanadan məsələyə münasibət bildirmək istəməyiblər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol