Musavat.com xəbər verir ki, Jandarma Baş komandanlığı Əməliyyatlar idarə rəisi (Harekat başqanı) general-leytanant Arif Çetin bu hərbi çevrilişin onların əmri olmadan həyata keçrildiyini bildirib.
“Böyük milllətimizin buna qarşı gəlməsini xahiş edirik” - deyə o bildirb.. General gərəkli tədbirləri aldıqlarını, problemin bir neçə saata həll olunacağını bildirib. Arif Çetin hərbi çevrilişi həyata keçirənlərin heç bir əmrini yerinə yetirməyəcəklərini bildirib.
Türkiyə Baş qərargah Özəl qüvvələr komandanı ordu genralı Zekai Aksakallı da hərbi çevrilişə təpki göstərib. Zekai Aksakallı ilk dəfə paralel çevrilişçilər sözünü işlədib. "Çevrilişçi quldurlar müvəffəq olmayacaqdır. Bu paralel xəyanət şəbəkəsinin qiyamıdır. Silahlı Qüvvələr buna tabe olmayacaq" - deyə o açıqlamasında bildirib.


Şərhlər