Menu

Ərdoğan İstanbula qayıdır

16.07.2016, 04:54
Ərdoğan İstanbula qayıdır

Hərbi qiyam cəhdindən sonra Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, İstanbula gəlmək üçün Dalaman Hava limanından “Gulfstream G450” tipli TC-ATA təyyarəsində havaya qalxıb.

APA-nın məlumatına görə, Türkiyə vaxtı ilə saat 01.43-də Dalamandan havaya qalxan təyyarə indiki dəqiqələrdə Biga yaxınlığında havada gözləməkdədir. Təyyarənin Atatürk Hava limanına enməsi üçün zəruri təhlükəsizlik tədbirlərinin görülməsi gözlənilir.

Digər tərəfdən, baş nazir Binəli Yıldırım Türkiyə hava məkanının uçuşa qapadıldığını bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol