Menu

Çevriliş harada hazırlandı, əmr haradan gəldi? — Tutulan əsgərlərin ilk ifadələri

18.07.2016, 13:33
Çevriliş harada hazırlandı, əmr haradan gəldi? — Tutulan əsgərlərin ilk ifadələri

Ölkə.Az xəbər verir ki, Türkiyədə dövlət çevrilişinə cəhd edən hərbçilərin dindirilməsi prosesi başlayıb.Polis və prokurorluq orqanlarının apardığı cinayət dindirilmə prosesində çox maraqlı ifadələr alınıb.

Hüquq-mühafizə orqanlarından Türkiyə mətbuatına sızan xəbərlərdə bildirilir ki, Baş Qərargahın xüsusi qüvvələr komandanlığında xidmət keçən əsgər Osman Ç. ifadəsində çevrilişə əmrin haradan gəldiyini və onların çevrilişdən əvvəl harada silahlandırıldığını müstəntiqlərə açıqlayıb.

Onun sözlərinə görə, çevrilişdə iştirak etməli olan əsgər və zabitlər Türkiyə prezidentinin mühafizə alayında silahlandırılıblar və çevrilişə əmr baş qərargahdan gələn faksla verilib.

"Ayın 15-də bizi prezidentin mühafizə alayına gətirdilər. Orada kamflyaj və silah verildi və daha sonra faksla gələn hərəkət əmri haqda bizə məlumat verildi",- deyə həbs olunmuş hərbçi ifadəsində bildirib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol