Məxfi sənədləri və yazışmaları yaymaqla məşhurlaşan “WikiLeaks” beynəlxalq qeyri-kommersiya təşkilatı Türkiyədəki çevriliş cəhdilə bağlı çoxlu sayda sənəd açıqlayacağını elan edib.
APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, “WikiLeaks” bunu özünün rəsmi “Twitter” səhifəsində bildirib.
“Türkiyə çevrilişi” etiketi ilə verilən açıqlamada “Türkiyənin siyasi güc iyerarxiyası” haqqında 100 mindən çox sənəd yayımlanacağı bildirilib.


Şərhlər