Menu

Bankların dollar tələbi təklifdən 6 dəfədən çox olub

19.07.2016, 16:37

euro-dollar-forecastAzərbaycan Mərkəzi Bankı (AMB) bugün növbəti valyuta hərracı keçirib.

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hərracda 50 mln. ABŞ dollarını satışa çıxarıb, amma hərracda tələb 300 milyon dolları keçib.

AMB-nin rəsmi məzənnəsinin iyulun 20-nə 1,5662 AZN/USD səviyyəsinə yüksələcəyi ehtimal olunur.

Agentliyin ekspertləri hesab edirlər ki, qlobal maliyyə bazarlarında yaxın iki ay ərzində dolların məzənnəsinin yüksəlməsi proqnozları fonunda nağd valyuta bazarında dollara tələb bir qədər də artacaq. Nəticədə rəsmi məzənnənin 1,60 səviyyəsinə qədər artması ehtimal edilir.  /"Report"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol