Fətullahçı Terror Təşkilatı (FETÖ) üzvü olduğunu, illərlə paşaları dinlədiklərini etiraf edən yavər Türkkan ifadəsində general-leytenant Dişlinin çevrilişə cəhd gecəsi Akara "Kənan Evrən olacaqsanmı" - deyə sual verdiyini bildirdi.
"AzPolitika"nın məlumatına görə, Fətullahçı Terror Təşkilatı (FETÖ) üzvlərinin hərbi çevrilişə cəhdindən sonra saxlanılan Baş Qərargah rəisi Hulusi Akarın yavəri polkovnik-leytenant Levent Türkkan xəyanət etdiyini etiraf edib. FETÖ üzvü olduğunu bildirən Türkkan "Peşmanlıq Qanunu"ndan yararlanmaq istəyib.
Yavərin prokurorluqda verdiyi qan donduran ifadəni təqdim edirik:
"Paralel dövlətin üzvüyəm. Fətullah Gülən camaatındanam. 1989-cu ildə İşıqlar Hərbi Liseyinə imtahan verdim. İmtahandan əvvəlki gecə sualları gətirib verdilər və liseyə qəbul oldum. Baş Qərargahda zabit olduqdan sonra camaat adına verilən tapşırıqları yerinə yetirməyə başladım.
Keçmiş Baş Qərargah rəisi Necdet Özeli gizli cihazla dinləyirdik. Cihazı Türk Telekomda işləyən "Abi" verdi. Həftədə bir dəfə cihazları götürüb "Abi"yə verirdim. Necdet Özel paşa, Hulusi Akar paşa və Yaşar Gülər paşa dönəmlərində dinləmə həyata keçirilib.
Mən hərbi çevriliş haqda 14 iyul 2016-cı il saat 10:00-da öyrəndim. Həmin gün günortadan sonra general-leytenant Mehmet Dişlinin otağına getdim. O da camaaatçıdır. Bizə "Baş Qərargah rəisinə sən Kənan Evrən olacaqsan, ya olmayacaqsan" - deyə soruşacağını bildirdi. General Dişli Akar paşanın təklifi qəbul edəcəyini düşünürdü. Lakin o, təklifi qəbul etmədi. Hərbi birləşmə komandanlarını da razı salmaq mümkün olmadı.
15 iyul saat 20:00-21:00 arasında Baş Qərargah rəisi otağında idi. Akarın sonuncu görüşü MİT rəhbəri Hakan Fidanla oldu. Fidan qərargahı tərk etdikdən sonra Xüsusi Təyinatlılardan ibarət tam təchizatlı əsgərlər 20:00 radələrində binaya girdilər. General Dişli də orada idi. 5 dəqiqə sonra Dişli çıxdı və bizə "girin" - dedi.
İçəri girdiyimizdə Akar paşa bizə "səhv edirsiniz" - dedi. Xüsusi Təyinatlılar onu apardı. O, bizə "səhv edirsiniz" - deyə təkrarlayırdı.
Mən orada qaldım. Dişli paşa məndən komandanın xanımına zəng vurmağımı istədi. Mən də hərbi telefondan zəng vurdum. Komandanın xanımı danışarkən göz yaşlarına boğuldu. Məclisin bombalandığını, mülki əhalinin öldürüldüyünü TV-dən öyrəndiyimdə peşman olmağa başladım. Edilənlər qətliam kimi idi."

Şərhlər