Menu

Fövqəladə vəziyyətlə bağlı qərar parlamentə təqdim olundu

21.07.2016, 11:57
Fövqəladə vəziyyətlə bağlı qərar parlamentə təqdim olundu

Türkiyədə Milli Təhlükəsizlik Şurası və Nazirlər Kabinetinin iclasında 3 aylıq fövqəladə vəziyyətin elan olunması ilə bağlı qəbul edilən qərar Böyük Millət Məclisinə (TBMM) təqdim olunub.

“Report”un Türkiyə KİV-inə istinadən verdiyi xəbərə görə, qərar bu gün TBMM-də müzakirəyə çıxarılacaq.

Xatırladaq ki, ölkədə fövqəladə vəziyyətin elan olunduğunu dövlət başçısı Rəcəb Tayyib Ərdoğan dünən bəyan edib.

Qeyd edək ki, iyulun 15-də Türkiyədə dövlət çevrilişinə cəhd olub.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol