Menu

Fransada girov götürənlər zərərsizləşdirildi - Ölən var

26.07.2016, 13:47
Fransada girov götürənlər zərərsizləşdirildi - Ölən var

Fransanın şimalında kilsədəkiləri girov götürən iki nəfər zərərsizləşdirilib.

"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə polisdən məlumat verilib.

İlkin məlumatlara görə, girovlardan biri - kilsə keşişi qətlə yetirilib, daha bir girov isə yaralanıb.

* * *

Fransanın şimalındakı Sent-Etyen-dyu-Ruvre şəhərciyində bıçaqla silahlanmış iki nəfər kilsədə bir neçə nəfəri girov götürüb.

Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

İlkin məlumatlara görə, girov götürülənlərin sayı 4-6 nəfər ola bilər.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol