Menu

Samur-Abşeron kanalında iki nəfər batıb

03.08.2016, 12:22
Samur-Abşeron kanalında iki nəfər batıb

Onların axtarışına başlanılıb

“Report” Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Samur-Abşeron kanalının Şabran rayon, Ağbaş kəndi ərazisindən keçən hissəsində 1 nəfərin, 1 nəfərin isə Sumqayıt şəhər, H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən hissəsində batması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupları hadisələrin baş verdiyi yerlərə cəlb olunub və vətəndaşların axtarışına başlanılıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol