Menu

Sarqsyan Rusiyaya gedir

03.08.2016, 16:45

serzh-sargsyan-vladimir-putin_2_0Ermənistan prezidenti Serj Sarqsyan avqustun 10-da Moskvaya işgüzar səfərə gedəcək.

"Report" Kremlin mətbuat xidmətinə istinadən xəbər verir ki, səfər Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə baş tutacaq.

"Səfər zamanı bir sıra aktual beynəlxalq və regional problemlər üzrə fikir mübadiləsi aparılacaq", - deyə Kremlin mətbuat xidmətindən bildiriliblər.

Xatırladaq ki, avqustun 8-də V.Putin Bakıya səfərə gələcək.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol