Menu

Türkiyə Ermənistanla sərhədləri açacaq? - Səfirdən açıqlama

05.08.2016, 13:04

trend_ismail_alper_coshkun_Türkiyə Ermənistanla sərhədləri açmaq fikrində deyil.

Bunu Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Çoşqun jurnalistlərə deyib.

Səfir bildirib ki, sərhədlərin hansı səbəbdən bağlı qalması və hansı halda açılacağı bütün ictimaiyyətə məlumdur.

O vurğulayıb ki, Türkiyə həmişə olduğu kimi regionda sülh və sabitliyin tərəfdarıdır, çünki bu həm regiona daxil olan ölkələrin, eləcə də Türkiyənin marağındadır.  /"Trend"

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol