Menu

Rusiya İrana 2 milyard avro kredit verəcək

06.08.2016, 00:52

dollar_avro_002AzPolitika.info xarici KİV-ə istinadla xəbər verir ki, Rusiya İran İslam Respublikasına 2 milyard avrodan artıq kredit ayırmaq fikrindədir.

Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin sözlərinə görə, bu vəsaitlər Fars körfəzi sahilində elektrik stansiyasının tikintisinə və ölkənin şimal-şərq bölgəsində dəmir yollarının elektrikləşdirilməsinə sərf olunmalıdır.

Azərbaycanın «Azərtac» informasiya agentliyinə verdiyi müsahibədə Putin qeyd edib ki, Rusiya İranla neft-qaz və aviakosmik sahələr üzrə digər genişmiqyaslı layihələrin işlənməsinə də hazırdır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol