Əlcəzairdən Fransanın Marsel şəhərinə uçan “AH1020” tipli sərnişin təyyarəsi Aralıq dənizi üzərində radarlardan itib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə məlumat Flightradar24 saytında yerləşdirilib.
Məlumata görə, radarlardan yoxa çıxmazdan əvvəl ekipaj dispetçerə təyyarənin göyərtəsində fövqəladə halın yaranması barədə məlumat ötürüb.
Xarici KİV-lərin məlumatına görə, Marselə uçan təyyarə müəyyən vaxtdan sonra geri, Əlcəzairə istiqamət alıb və tədricən enməyə başlayıb. Lakin, Əlcəzair ərazisinə az qalmış təyyarə 5500 metr yüksəklikdə radarlardan itib.
Son məlumatlara görə, Radarlardan itən Əlcəzairə məxsus sərnişin təyyarəsi tapılıb. "Report" xəbər verir ki, hava gəmisi Əlcəzairdə eniş edib.


Şərhlər