Menu

PKK-ya qarşı əməliyyat: 1 türk əsgəri şəhid olub, 4 nəfər yaralanıb

07.08.2016, 10:45

pkk-ya-kara-harekati-haftaya-1438833365Türkiyənin Siirt bölgəsinin Eruh rayonunda PKK terrorçularına qarşı xüsusi əməliyyat keçirilib.

"Report" "Anadolu" agentliyinə istinadən xəbər verir ki, əməliyyat zamanı 1 türk əsgəri şəhid olub, 4 hərbçi yaralanıb.

Yaralılar Siirt Dövlət Xəstəxanasına yerləşdirilib. Onların vəziyyətinin normal olduğu bildirilir.

Bölgədə PKK-ya qarşı geniş miqyaslı əməliyyat başlayıb.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol