Bakı çimərliklərindən birində itkin düşmüş 5 yaşlı uşağın meyiti aşkarlanıb.
“Report”un xəbərinə görə, itkin düşmüş Yəhya Xəlilovun meyiti Kürdəxanı qəsəbəsində yerləşən çimərlikdə tapılıb. O, suda boğulub.
Faktla bağlı araşdırma aparılır.
***
Bakı çimərliklərindən birində azyaşlı itkin düşüb.
“Report”un xəbərinə görə, hadisə Sabunçu rayonunda qeydə alınıb.
Məlumata görə, 5 yaşlı Yəhya Xəlilov Kürdəxanı qəsəbəsi ərazisində çimərlikdə itkin düşüb.
Onun axtarışları davam etdirilir.


Şərhlər