Menu

RAHŞAN ECEVİTDƏN "CAMAAT" AÇIQLAMASI - Təkzib

15.08.2016, 18:08
RAHŞAN ECEVİTDƏN "CAMAAT" AÇIQLAMASI - Təkzib

Rahşan Ecevit: "Bülənt Ecevitin təriqətçiliyə, dövlət içində qanuni olmayan qruplaşmaya qarşı olduğu bilinən bir həqiqətdir".

"AzPolitika.info"nun məlumatına görə, Türkiyənin keçmiş baş naziri, mərhum Bülənt Ecevitin həyat yoldaşı Rahşan Ecevit mətbuata verdiyi yazılı açıqlamada mərhum həyat yoldaşının Gülən camaatı ilə əlaqəsi olduğu haqda iddiaları rədd edib. R.Ecevit bildirib: "Son zamanlar Bülent Ecevit ilə bağlı gerçək olmayan söz-söhbətlərin ictimaiyyətdə gəzdiyi müşahidə edilməkdədir. Bülent Ecevitin təriqətçiliyə və dövlət içində qanuni olmayan hər cür qruplaşmaya qarşı olduğu hər kəs tərəfindən bilinən bir gerçəkdir".

Nəzərinizə çatdıraq ki, Bülənt Ecevitin "camaat" ilə əlaqəsi olduğu haqda bəzi KİV-lərdə şayiələr yayılmışdı.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol