Menu

Neftdən gəlirimiz 3 dəfə azalıb

17.08.2016, 13:50

baki baki azerbaycan neft oil2016-cı ilin 7 ayı ərzində Azərbaycandan 3 milyard 555 milyon 732.40 min dollarlıq xam neft ixrac olunub.

“Marja” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin ilin dövrü ilə müqayisədə 32,5%, 2014-cü ilin anoloji dövrü ilə müqayisədə isə təxminən 3 dəfə azdır.

2015-ci ilin 7 ayı ərzində Azərbaycandan 5 milyard 863 milyon 948.03 min dollarlıq, 2014-cü ilin 7 ayı ərzində isə 11 milyard 342 milyon 821 min dollarlıq xam neft ixrac edilmişdi. Qeyd edək ki, 2014-cü ilin İyul ayına qədər neftin qiyməti ən yüksək səviyyələrdə idi.

2016-cı ilin 7 ayı ərzində Azərbaycandan 218 milyon 372 min dollarlıq xam neft məhsulları, 141 milyon 788.93 min dollarlıq təbii qaz ixrac edilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol