Menu

Bakıda klinikaya basqın edildi

18.08.2016, 13:31
Bakıda klinikaya basqın edildi

Bakıda naməlum şəxslər klinikaya basqın ediblər.

Daxili İşlər Nazirliyindən verilən məlumata örə, avqustun 17-də Binəqədi rayonunun Biləcəri qəsəbəsində yerləşən klinikalardan birində 2 naməlum şəxs orada işləyənlər - Bakı şəhər sakinləri Xəyalə Piriyevaya və Səlim Eyvazova zor tətbiq edərək X.Piriyevaya məxsus mobil telefonu alıblar.

Binəqədi rayon Polis İdarəsi (RPİ) 6-cı Polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuş Fikrət Rzayev və Fəhmin Atakişiyev tutulublar.

Binəqədi RPİ tərəfindən araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol