Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ vitse-prezidenti Co Baydenlə görüşü zamanı İŞİD terror qruplaşması ilə bağlı “İslam dövləti” ifadəsini işlədən amerikalı jurnalistə xəbərdarlıq edib.
Axar.az xəbər verir ki, Bayden xanım jurnalistin İŞİD-lə bağlı sualını cavablandırdıqdan sonra Ərdoğan narazılığını ifadə edib.
“Buradakı xanım bir ifadə işlətdi. Onunla bağlı fikrimi bildirmək istəyirəm. İslam dövləti dediyimiz zaman, oradan terror çıxmaz. Terror qruplaşması İŞİD-dir, İslam dövləti deyil”, - Ərdoğan bildirib.
Qeyd edək ki, bu gün rəsmilər arasında 2.5 saat davam edən görüş baş tutub.


Şərhlər