Menu

“AG Bank”ın rəhbərliyində dəyişiklik olub

26.08.2016, 13:38
“AG Bank”ın rəhbərliyində dəyişiklik olub

“AG Bank” ASC-nin rəhbərliyində dəyişiklik olub.

“APA-Economics”İn məlumatına görə, Əfqan Cəlilov bankın İdarə Heyətinin sədri təyin edilib. O, buna qədər bankın İdarə heyəti sədrinin vəzifələrini müvəqqəti icra edib.

Bundan başqa, idarə heyətinin sədrinin müavini Tokay Əlizadə işdən çıxarılıb. Onun yerinə Elnur Musayev təyin edilib. Maliyyə menecmenti departamentin direktoru Səkinə Xələfova da bankın İdarə Heyətinə üzv seçilib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol