Menu

Polis Akademiyasının fakültə rəhbəri işdən çıxarıldı - Nöqsanlara görə

02.09.2016, 10:50
Polis Akademiyasının fakültə rəhbəri işdən çıxarıldı - Nöqsanlara görə

Polis Akademiyasının fakültə rəhbəri vəzifəsindən azad edilib.

APA-nın məlumatına görə, akademiyanın qiyabi fakültəsinin rəhbəri, polkovnik Əhməd Əhmədov işdə yol verdiyi nöqsanlara görə işdən çıxarılıb.

Polis Akademiyasından APA-ya Ə. Əhmədovun işdən çıxarılması xəbərini təsdiqləyiblər.

Qeyd edək ki, Ə. Əhmədov 2008-ci ildən Polis Akademiyasında qiyabi fakültəyə rəhbərlik edib.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol