Özbəkistan prezidenti İslam Kərimov 79 yaşında vəfat edib.
Bu barədə Özbəkistan hökumətinin yaydığı rəsmi məlumatda deyilir.
Dəfn mərasimi sentyabrın 3-də Səmərqənddə baş tutacaq.
Xatırladak ki, Özbəkistanın Nazirlər Kabineti sentyabrın 2-də səhər bildirmişdi ki, ölkə liderinin vəziyyəti ağırdır.
İslam Kərimovun xəstəxanaya yerləşdirilməsi haqqında məlumat isə avqustun 28-də yayılıb. /"Report"


Şərhlər