Menu

Bakıda 79 500 manatlıq dələduzluq

03.09.2016, 11:49
Bakıda 79 500 manatlıq dələduzluq

Bakı sakininə qarşı 79 500 manatlıq dələduzluq edilib.

“Report”un xəbərinə görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, 1965-ci il təvəllüdlü Fəxrəddin Cabbarov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2014-cü ilin may ayında Azad adlı şəxs onun 79 min 500 manat pulunu alıb, indiyənədək qaytarmayıb.

Faktla bağlı araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol