Menu

İslam Kərimov Səmərqənddə dəfn olundu - FOTOLAR

03.09.2016, 14:31
İslam Kərimov Səmərqənddə dəfn olundu - FOTOLAR

Səmərqənddə Özbəkistan prezidenti İslam Kərimovla vida mərasimi başa çatıb.

Vida mərasimi Özbəkistan prezidentinin bu şəhərdəki iqamətgahında keçirilib.

Vida mərasimindən sonra cənazə dəfn ediləcəyi məzaradək çiyində aparılıb. Vida mərasimi keçirilən Səmərqəndin Raqistan meydanından Şahi-Zinde kompleksinədək 2 km-dir.

Mərasimdə dövlət başçıları, xarici ölkələrin nümayəndələri, ölkə ictimaiyyətinin təmsilçiləri və jurnalistlər iştirak ediblər.  İslam Kərimovu son mənzilə şəhər əhalisi, xarici ölkədən rəsmi qonaqlar, siyasətçilər yola salıblar.

Qeyd edək ki, İ.Kərimov Səmərqənddə tarixi Şahi-Zində qəbiristanlığında, ata-anasının qəbri yanında dəfn edilib. Son 20 ildə bu qəbiristanlıqda dəfn edilən olmayıb.

Şahi-Zində qəbiristanlığı IX əsrdə yaradılıb. Orada IX-XIV və XIX əsrlərə aid 20-dən artıq tarixi tikili var. Şahi-Zinə - Diri şah deməkdir. Bu qəbirstanlılqa bağlı rəvayətlərdən birində deyilir ki, Məhəmməd peyğəmbərin əmisi oğlu Hüsam ibn-Abbas İslam dinini yaymaq üçün kiçik bir qrupla Səmərqəndə gedib. Orada yerli sakinlər tərəfindən oxla vurularaq, öldürülüb və kafirlərdən yayınaraq, iki dağın arasında yaşayır. Başqa versiyaya görə, o quyuya enib. Onun hazıərda həmin ərazidə yaşadığınıa inananlar da var. Teymuri memarlığında ən önəmli yeri türbələr tutur. Teymuri türbə memarlığının ən önəmli örnəklərindən biri Səmərqənddəki Şahi-Zində kompleksidir.

Bu kompleks Səmərqəndin başqa tarixi abidələri ilə birlikdə YUNESKO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil edilib.  /"Report"

[gallery columns="5" ids="248468,248469,248470,248471,248472,248473,248474,248475,248476,248477"]

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol