Lənkəran rayonunda baş verən ağır yol qəzasında ölən və yaralananların adları məlum olub.
“Report”un Cənub bürosunun məlumatına görə, hadisə zamanı 5 nəfər ölüb, 5 nəfər yaralanıb.
Hadisə zamanı ölən 4 nəfər Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anotomiya Birliyinin Lənkəran rayon bölməsinə gətirilib.
Ölənlər – sürücü Bəxtiyar Quliyev, sərnişinlər Əzizə Quliyeva, Bahar Bağırova, Nazilə Seyfullayeva, Reyhan Mahmudova (xəstəxanada dünyasını dəyişib).
Yaralılar Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onlardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.
Yaralılar - Elşən Ağazadə, Akif Nuriyev, Elvin Mirzəzadə.
Yaralılardan ikisinin adı hələlik müəyyənləşməyib.
Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Lənkəranın Boladi kəndi ərazisində olub. Belə ki, "VAZ-2106" və "Mercedes" markalı minik avtomobilləri toqquşub. Hadisənin dəqiq səbəbləri avtotexniki ekspertizanın rəyindən sonra məlum olacaq.
Faktla bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırmalara başlanılıb.
[gallery size="full" ids="250634,250635,250636"]
* * *
Lənkəranda ölümlə nəticələnən ağır yol-nəqliyyat qəzası baş verib.
APA-nın cənub bürosunun məlumatına görə, hadisə sentyabrın 10-da, saat 06.00 radələrində Ələt-Astara magistralında, rayonun Liman şəhəri ərazisindən keçən hissəsində qeydə alınıb.
İlkin məlumata görə, VAZ-2106 və “Mersedes” markalı avtomobillərin toqquşması nəticəsində 4 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Cənub Regional Mərkəzinin xilasediciləri və Təcili yardım briqadaları cəlb olunub.
Qəza nəticəsində ölənlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə, yaralılar isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına (MRX) aparılıb.
Faktla bağlı araşdırma aparılır.


Şərhlər