Menu

ABŞ bombardmançıları Koreya üzərindən uçub

13.09.2016, 14:00
ABŞ bombardmançıları Koreya üzərindən uçub

Birləşmiş Ştatların nüvə silahı daşıya bilən ultrasəsli bombardmançıları Cənubi Koreya üzərində uçaraq, Pxenyana güc nümayişi edib. Şimali Koreya ötən həftə beşinci nüvə sınağı keçirmişdi.

B-1 bombardmançılarını ABŞ və Cənubi Koreya qırıcıları müşayiət edib. Onlar Şimali Koreyayla sərhədin 120 kilometrliyindən, Osan hava bazası üzərindən uçub.

Daha öncə də Koreya yarımadasında gərginlik yarananda belə uçuşlar həyata keçirilib.

Cənubi Koreyanın nüvə silahı yoxdur və Şimalın qarşısında dayanmaqdan ötrü ABŞ-ın «nüvə çətiri»nə bel bağlayır.

Vaşinqtonun Cənubi Koreyada 28 mindən çox əsgəri var.

Şimali Koreya isə ABŞ-ın yarımadada iştirakını təhlükə sayır və bunun nüvə bombası hazırlamağa əsas verdiyini bildirir.  /Azadlıq radiosu

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol