Menu

Bərdədə ağır yol qəzası baş verib - 3 nəfər xəsarət alıb

13.09.2016, 16:29

qezaBərdə rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən ağır yol qəzası baş verib.

"Report"un Qarabağ bürosunun məlumatına görə, rayonun Zümürxan kəndi ərazisində "VAZ-2106" markalı avtomobillə "Toyota Land Cruiser" markalı minik maşını toqquşub.

Qəza nəticədə "VAZ-2106" markalı avtomobilin sürücüsü və iki qadın sərnişini ağır dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Bərdə Mərkəzi Rayon Xəstəxanasının reanimasiya və Travmatologiya şöbələrinə yerləşdiriliblər.

Faktla bağlı rayon polisində araşdırma aparılır.

Şərhlər

Telegram-da bizə qoşulun
Ən vacib xəbərlər birinci sizdə — pulsuz, reklamsız.
Abunə ol